...

Türkiyə və Səudiyyə Ərəbistanı münasibətlərində yeni dövr

Dünya xəbərləri Materials 23 İyun 2022 02:17 (UTC +04:00)

Bakı. Trend:

Ankara və Ər-Riyad ikitərəfli münasibətlərdə, o cümlədən siyasi, iqtisadi, hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıqda yeni dövrə başlamaq əzmində olduqlarını vurğulayıblar.

Trend xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında Ankarada keçirilən danışıqların yekunu üzrə imzalanmış Birgə Bəyannamədə deyilir.

Sənədə əsasən, tərəflər regionun gələcəyinə töhfə vermək üçün tarixi qardaşlığa əsaslanan əməkdaşlığı inkişaf etdirmək və davam etdirmək əzmində olduqlarını vurğulayıblar.

Danışıqlar zamanı tərəflər, həmçinin ticarətin asanlaşdırılması, investisiya imkanlarının araşdırılması və onların konkret tərəfdaşlığa çevrilməsi məqsədilə əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Bundan əlavə, Səudiyyə Ərəbistanı Ər-Riyadın "EXPO-2030" sərgisinə ev sahibliyi etmək namizədliyini dəstəklədiyi üçün Türkiyəyə təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti