Bakı. Trend:
Yaponiyanın şərqindəki Maebasi şəhərində temperatur 39,5 dərəcəyədək yüksəlib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi bildirib. Bu, 2022-ci ildə Yaponiya ərazisində qeydə alınan ən yüksək temperatur olub.
İstilərlə əlaqədar sakinlərə açıq havada uzun müddət qalmamaq və çoxlu su içmək tövsiyə olunub.
Ötən gün ölkənin şərqindəki Kai şəhərində 16 məktəbli açıq havada məşğələlərdən sonra istilikvurma ilə xəstəxanaya yerləşdirilib.