Bakı. Trend:
Polşa öz ərazisində NATO döyüş qrupunu yerləşdirmək niyyətindədir.
Trend yerli mətbuata istinadla xəbər verir ki, bu barədə müdafiə naziri Mariuş Blaşçak bildirib.
Onun sözlərinə görə, daha əvvəl Polşa öz ərazisində NATO-nun tabor döyüş qrupunu yerləşdirməyə razılıq vermişdir.
"Biz Madriddə NATO-nun şərq cinahının möhkəmləndirilməsi və müdafiəsinin gücləndirilməsi elementi kimi yerləşdirilimiş bölmələrin potensialının daha da gücləndirilməsinə yönəlmiş qərarların qəbul edilməsinə çalışırıq", - nazir bildirib.