...

Çexiyada prezident seçkilərinin vaxtı açıqlanıb

Dünya xəbərləri Materials 27 İyun 2022 14:56 (UTC +04:00)
Çexiyada prezident seçkilərinin vaxtı açıqlanıb

Trend-i buradan izləyin

Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Çexiyada prezident seçkilərinin birinci turu 2023-cü ilin yanvarın 13-14-də keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Senatın sədri Miloş Vıstrçil bəyan edib.

Birinci turda qalibin müəyyənləşməyəci təqdirdə yanvarın 27-28-də seçkilərin ikinci turu nəzərdə tutulub.

Qeyd olunur ki, hazırda seçkilərdə iştirak etmək üçün 15 nəfər müraciət edib. Yerli mütəxəssislər silahlı qüvvələrin generalı, NATO strukturlarında işləmiş Peter Paveli seçkilərdə favorit görür.

Çexiyanın hazırkı prezideni Miloş Zemanın səlahiyyət müddəti 2023-cü ilin martında başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti