...

Türkiyə Suriya ilə sərhəddə yeni hərbi əməliyyata başlayacaq - Ərdoğan

Dünya xəbərləri Materials 27 İyun 2022 22:17 (UTC +04:00)
Türkiyə Suriya ilə sərhəddə yeni hərbi əməliyyata başlayacaq - Ərdoğan

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Suriya ilə sərhəddə yeni hərbi əməliyyata başladılacağını bildirib.

Trend xəbər verir ki, hökumətinin növbəti iclasından sonra açıqlama verən dövlət başçısı bildirib ki, Suriya ilə sərhəddə təhlükəsizlik dəhlizindəki çatışmazlıqları aradan qaldırılan kimi orada yeni əməliyyatlara başlanılacaq.

Türkiyə lideri, həmçinin İraq sərhədini həmişəlik terror hücumlarından xilas edəcək əməliyyatların uğurla davam etdiyini bildirib.

"Ölkəmizin maraqlarını müdafiə etmək, dost və qardaşlarımızı dəstəkləmək üçün müxtəlif coğrafiyalarda fəaliyyətimizi davam etdiririk", - R.T.Ərdoğan əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti