...

"Thales" şirkəti Rusiyadakı fəaliyyətini dayandırır

Dünya xəbərləri Materials 2 İyul 2022 06:01 (UTC +04:00)
"Thales" şirkəti Rusiyadakı fəaliyyətini dayandırır

Bakı. Trend:

Fransanın "Thales" şirkəti Rusiyadakı fəaliyyətini dayandırır.

Trend xəbər verir ki, bu barədə "TASS"a şirkətin nümayəndəsi Vanessa Viala bildirib.

"Biz təsdiq edə bilərik ki, "Thales" Rusiyadan gedir", - deyə nümayəndə qeyd edib.

Qeyd edək ki, "Thales" şirkəti rabitə, kibertəhlükəsizlik və böyük həcmdə məlumatlar sahələrində yüksək texnologiyalı inkişaflar üzrə ixtisaslaşıb. Şirkət eyni zamanda bank kartları üçün təhlükəsizlik modullarının istehsalı ilə də məşğuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti