...

İranda sutka ərzində koronavirusa yoluxanların sayı min nəfəri keçib

Dünya xəbərləri Materials 4 İyul 2022 14:21 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda ötən sutka ərzində 1 007 nəfər koronavirusa (COVID-19) yoluxub, 8 nəfər ölüb

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 141 404 nəfər, yoluxanların sayı isə 7,24 milyondan çoxdur. Virus daşıyıcılarından 232 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 7,06 milyondan çox şəxs koronavirusdan sağalıb, 52,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 150 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 27,7 milyon təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti