...

Səudiyyə Ərəbistanında pandemiyadan bəri ən irimiqyaslı Həcc ziyarəti başlayıb

Dünya xəbərləri Materials 6 İyul 2022 15:41 (UTC +04:00)
Səudiyyə Ərəbistanında pandemiyadan bəri ən irimiqyaslı Həcc ziyarəti başlayıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanında koronavirus pandemiyasından bəri ən irimiqyaslı Həcc ziyarəti başlayıb.

Trend-in məlumatına görə, bu ilki ziyarətdə 1 milyona yaxın zəvvar iştirak edir ki, onun 850 min nəfəri xaricdən gəlib.

Ölkə rəhbərliyi Məkkə və Mədinə şəhərlərində təhlükəsizlik tədbirlərinin təmin olunması üçün 10 mindən çox şəxsi səfərbər edib. Bu il Həcc ziyarəti iyulun 7-12-dək davam edəcək.

Ziyarətə 65 yaşadək şəxslər koronavirus əleyhinə vaksin barədə sənəd və mənfi PSR test nəticəsi təqdim etməklə qatıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti