...

Anqolanın Azərbaycanda təhsil almış sabiq prezidenti vəfat edib

Dünya xəbərləri Materials 8 İyul 2022 16:25 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Anqolanın sabiq prezidenti Joze Eduardu duş Santuş vəfat edib.

Trend-in məlumatına görə, bu barədə sabiq prezidentin "Facebook" səhifəsi bildirib.

O, 79 yaşında İspaniyada uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Joze Eduardu duş Santuş 1979-cu ildən 2017-ci ilədək Anqolanın prezidenti olub. O, 1969-cu ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti