Bakı. Trend:
Ötən gün İranın İsfahan vilayətinin Nəcəfabad rayonunda bir ailənin 5 üzvü asılmış vəziyyətdə tapılıb.
Trend-in məlumatına görə, bunu İranın İsfahan vilayəti baş prokuroru Əsədulla Cəfəri deyib.
Ə.Cəfərinin sözlərinə görə, cəsədlərin fiziki vəziyyətinə görə, hadisədən bir neçə gün keçdiyi müşahidə olunur.
Hazırda faktla bağlı araşdırma aparılır.