...

Aİ yaxın həftələrdə Moskvaya qarşı yeni sanksiyalar tətbiq edə bilər

Dünya xəbərləri Materials 11 İyul 2022 22:06 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Ukraynadakı vəziyyətlə əlaqədar yaxın həftələrdə Rusiyaya qarşı yeni sanksiyalar paketi təklif etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloombreg" agentliyi məlumat yayıb.

Mənbələrin məlumatına görə, hazırda Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılması mexanizmlərinin müzakirəsi davam edir. Bu məsələ ilə bağlı qərarın yaxın gələcəkdə qəbul ediləcəyi ehtimalı azdır.

Qeyd edilir ki, bəzi üzv ölkələr Rusiya qazına qarşı sanksiyaların genişləndirilməsində israrlıdır, lakin Aİ ölkələrinin böyük əksəriyyəti bu tədbirləri dəstəkləmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti