...

Tehranın nüvə bombası hazırlamaq üçün texniki imkanları var - Strateji Şuranın sədri

Dünya xəbərləri Materials 17 İyul 2022 20:31 (UTC +04:00)
Tehranın nüvə bombası hazırlamaq üçün texniki imkanları var - Strateji Şuranın sədri

Bakı. Trend:

İranın nüvə bombası hazırlamaq üçün texniki imkanları var, lakin bu məsələ ilə bağlı ölkə rəhbərliyinin qərarı yoxdur.

Trend xəbər verir ki, bunu İranın Xarici Münasibətlər üzrə Strateji Şurasının sədri Kamal Xərrazi deyib.

"Heç kimə sirr deyil ki, bizim [İranın] nüvə bombası hazırlamaq üçün texniki imkanlarımız var, lakin bu məsələ ilə bağlı [ölkə rəhbərliyinin] qərarı yoxdur", - deyə K.Xərrazi bildirib.

Strateji Şuranın rəhbəri qeyd edib ki, İran bir neçə gün ərzində uranın zənginləşdirilməsi səviyyəsini 20%-dən 60%-ə qaldıra bilib və “bu səviyyəni asanlıqla 90%-ə çatdıra bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti