...

Türkiyədən Qazaxıstana iş tapmaq üçün gedənlərin sayı azalıb

Dünya xəbərləri Materials 21 İyul 2022 11:21 (UTC +04:00)
Türkiyədən Qazaxıstana iş tapmaq üçün gedənlərin sayı azalıb

Bakı. Trend:

2022-ci ilin yanvar-iyun aylarında Türkiyədən Qazaxıstana məşğulluq məqsədilə səfər edənlərin sayı əhəmiyyətli dərəcədə azalıb.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Qazaxıstana iş axtarmaq üçün gələnlərin sayı 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 40,3 faiz azalıb.

İŞKUR-dan qeyd ediblər ki, bu dövr ərzində Qazaxıstana qurum vasitasilə iş tapmaq üçün 89 Türkiyə vətəndaşı səfər edib.

Məlumatda o da qeyd edilib ki, ümumilikdə, hesabat dövründə 8 min 393 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün İŞKUR vasitəsi ilə xaricə səfər edib. Bu, 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 36 faiz çoxdur.

“Bu ilin iyun ayında İŞKUR vasitəsilə Türkiyədə 154 min 37 nəfər məşğulluğa cəlb olunub. İşlə təmin edilənlərin 60,1 faizi kişi, 39,9 faizi isə qadındır. İyun ayında Türkiyədə işsiz sayı 3 milyon 568 min 171 nəfər təşkil edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 0,9 faiz çoxdur", - deyə İŞKUR-dan bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti