...

İsrailin hava hücumları nəticəsində üç suriyalı əsgər ölüb, yeddisi yaralanıb

Dünya xəbərləri Materials 22 İyul 2022 07:41 (UTC +04:00)
İsrailin hava hücumları nəticəsində üç suriyalı əsgər ölüb, yeddisi yaralanıb

Bakı. Trend:

İsrailin Dəməşq yaxınlığındakı hədəflərə endirdiyi hava zərbələri nəticəsində üç suriyalı hərbi qulluqçu həlak olub.

Trend-in məlumatına görə, bu barədə yerli KİV-lər xəbər verib.

Suriyanın "SANA" dövlət xəbər agentliyindən bildiriblər ki, daha 7 nəfər yaralanıb.

Suriyanın "Capital Voice" saytı öz növbəsində Suriya hərbçilərinə məxsus obyektlərə dörd zərbə endirildiyini və Dəməşqin cənubundakı Huceyrə şəhərində İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus müvəqqəti saxlama anbarına da hücum edildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti