...

Notr-Damın əsas bərpa işləri 2024-cü ildə tamamlanacaq

Dünya xəbərləri Materials 23 İyul 2022 01:32 (UTC +04:00)
Notr-Damın əsas bərpa işləri 2024-cü ildə tamamlanacaq

Bakı. Trend:

Notr Dam kilsəsinin bərpası üzrə əsas işlərin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Trend xəbər verir ki, bunu "Le Figaro" qəzetinə müsahibəsində kilsənin bərpası prosesinə nəzarət edən general Jan-Lui Jorjelen bildirib.

"2024-cü ildə işləri bitirmək gərgin, ciddi və çətin bir işdir. Bütün dünya kilsənin tikintisini izləyir və mən gecikənlər arasında olmaq istəmirəm", - deyə general bildirib.

O qeyd edib ki, 2019-cu ilin aprel ayından bəri 150 ölkədən 846 milyon avrodan çox ianə toplanıb, onlardan 150-si binanın bərpasının birinci mərhələsinə sərf edilib. Təxminən 550 milyon avronun ikinci mərhələyə sərf ediləcəyi planlaşdırılır. Qalan 146 milyonun isə binanın eksteryerinin bərpasına xərclənməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti