...

Taxıl dəhlizi ilə bağlı razılaşma Türkiyənin qlobal məsələlərdə rolunu bir daha nümayiş etdirdi - Ərdoğan

Dünya xəbərləri Materials 25 İyul 2022 22:57 (UTC +04:00)

Bakı. Trend:

Bu tarixi uğura verdiyimiz töhfə (Ukraynadan taxıl dəhlizi - red.) Türkiyənin qlobal məsələlərdə oynaya biləcəyi rolun əhəmiyyətini bir daha nümayiş etdirdi.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "TRT" kanalının efirində deyib.

"Biz uzun müddət bu məsələ ilə bağlı davamlı əlaqə və danışıqlar apardıq. Nəticədə, biz Ukrayna taxılının Qara dəniz vasitəsilə dünya bazarlarına təhlükəsiz ixracına dair müqavilənin İstanbulda imzalanmasını təmin etdik", - deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, planın uğurla həyata keçirilməsi ciddi ölçülərə çatan qlobal ərzaq böhranının təsirlərini azalmağa başlayacaq.

"Qiymətlər düşməyə davam edəcək. Az inkişaf etmiş ölkələrə təzyiq azalacaq. Nəticədə aclıq problemi aradan qaldırılacaq", - deyə Türkiyə Prezidenti bildirib.

Eyni zamanda, R.T.Ərdoğan taxıl dəhlizi ilə bağlı müqavilənin tərəflərini atdıqları imzalara və üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalmaqlarına çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti