Bakı. Trend:
ABŞ prezidenti Co Bayden koronavirus infeksiyasına qarşı "Paxlovid" dərmanı ilə beş günlük müalicə kursunu başa vurdu, lakin hələki özünü təcrid edir.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin saytı vasitəsi ilə onun müalicə edən həkim Kevin O'Konnor deyib.
Onun sözlərinə görə, prezidentin bütün simptomları demək olar ki, tamamilə yox oldu. Onun qan təzyiqi, nəbzi və tənəffüs tezliyi, hərarəti "tamamilə normaldır", ağciyərləri təmizdir. ABŞ prezidentinə fiziki məşqləri bərpa etməyə icazə verilir.