Bakı. Trend:
Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov arasında telefon danışığı olub.
Trend-in Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, söhbət zamanı taxıl daşınmasının vəziyyəti və daşınma prosesində koordinasiya ilə bağlı fikir mübadiləsi aparılıb.
Bildirilib ki, bütün texniki məsələlər həll olunur və ilk partiyanın yüklənməsi prosesinin çox yaxın vaxtlarda başa çatmasını gözləmək olar.
Söhbət zamanı nazirlər Birgə Koordinasiya Mərkəzinin fəaliyyətindən və işində koordinasiyadan məmnun olduqlarını bildiriblər.