...

İranda daşqın təhlükəsinə görə şəhər boşaldılır

Dünya xəbərləri Materials 30 İyul 2022 16:26 (UTC +04:00)
İranda daşqın təhlükəsinə görə şəhər boşaldılır
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Son iki gün ərzində güclü leysan yağışlarına görə, İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Dehəc şəhərinin boşaldılmasına göstəriş verilib.

Trend-in məlumatına görə, bunu İranın Kirman vilayəti fövqəladə hallar idarəsinin baş direktoru Məcid Səidi deyib.

M.Səidinin sözlərinə görə, Şəhre-Babək rayonunda Dehəc şəhərinə yaxın su bəndi tamamilə dolub və su bəndinin dağılması ehtimalı var.

Son məlumatlara görə, ötən 8 gün ərzində İranda leysan yağışları və çayların daşması nəticəsində 59 nəfər ölüb, 30 nəfər itkin düşüb. İndiyədək 5 215 nəfər müvəqqəti sığınacaqlarda yerləşdirilib.

İranın Qırmızı Aypara Cəmiyyəti ölkədə 27 min zərərçəkənə yardım edildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti