...

Türkiyə ordusu İraqın şimalında 5 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 30 İyul 2022 19:55 (UTC +04:00)
Türkiyə ordusu İraqın şimalında 5 terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

Türkiyə ordusu İraqın şimalında 5 PKK terrorçusunu zərərsizləşdirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, silahlılar "Pençe-Kilit" antiterror əməliyyatı zonasında məhv edilib:

"Türkiyə ordusu terror təhlükəsini aradan qaldırmaq, bu məsələni ölkə ictimaiyyətinin gündəmindən çıxarmaq qətiyyətindədir. Döyüş sonuncu terrorçu məhv edilənə qədər davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti