...

Britaniyalılara həyat səviyyəsinin ən güclü enişi proqnozlaşdırılıb

Dünya xəbərləri Materials 5 Avqust 2022 03:30 (UTC +04:00)
Britaniyalılara həyat səviyyəsinin ən güclü enişi proqnozlaşdırılıb

Bakı. Trend:

İngiltərə Bankı inflyasiya proqnozları fonunda faiz dərəcəsini 0,5 faiz bəndi artıraraq 1,75 faizə çatdırıb və bu, son 27 ildə ən böyük artımdır.

Trend xəbər verir ki, proqnozlara görə, qazın qiymətinin qalxması ilə bağlı ilin sonuna inflyasiya 13 faizə çata bilər. Bundan əlavə, İngiltərə Bankı xəbərdarlıq edib ki, 2022-ci ilin dördüncü rübündən etibarən ölkə iqtisadiyyatı 2023-cü ilə qədər tənəzzüldə olacaq.

Bu, 2008-ci il maliyyə böhranından bəri ən uzunmüddətli tənəzzüldür. Bununla əlaqədar olaraq, britaniyalılara həyat səviyyəsinin son 60 ildə ən güclü enişi proqnozlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti