...

ABŞ rəhbərliyinin səriştəsizliyinə görə üçüncü dünya müharibəsi başlıya bilər - Tramp

Dünya xəbərləri Materials 7 Avqust 2022 06:43 (UTC +04:00)
ABŞ rəhbərliyinin səriştəsizliyinə görə üçüncü dünya müharibəsi başlıya bilər - Tramp

Bakı. Trend:

Hazırda ABŞ-ı idarə edən səriştəsiz insanlar dünyanı üçüncü dünya müharibəsinə apara bilər.

Trend-in məlumatına görə, bu fikri ABŞ-ın keçmiş prezidenti Donald Tramp Texasda keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) bildirib.

“Bizə rəhbərlik edən səriştəsiz insanların ucbatından üçüncü dünya müharibəsi başlıya bilər" - deyə Tramp bildirib.

Trampın sözlərinə görə, “bu müharibə tarixin ən pisi olacaq, çünki bizim əvvəllər heç vaxt görülməmiş silahlarımız var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti