Bakı. Trend:
ABŞ Energetika Nazirliyi 2022-ci il üçün Brent markalı neftin qiyməti ilə bağlı proqnozunu bir qədər artırıb.
Trend xəbər verir ki, bu barədə Departamentin Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq proqnozunun məlumatında deyilir.
Agentliyin məlumatına görə, Brent markalı neftin bahalaşması Rusiya neftini əvəz etmək üçün Avropa ölkələrinin axtarışı ilə əlaqədar bazarın strukturunun dəyişməsi ilə bağlıdır.
Brent-in maya dəyərinin artması Asiyaya idxalın azalmasına və bu markanın daha çox Avropada saxlanmasına səbəb olub.