Bakı. Trend:
Yaponiya hökuməti əhalinin dəstəyi səviyyəsinin azalması fonunda baş nazir Fumio Kişida tərəfindən həyata keçirilən dəyişiklikdən əvvəl çərşənbə günü tam tərkibdə istefa verib.
Trend-in məlumatına görə, Nazirlər Kabinetinin fövqəladə iclasında onun bütün üzvləri müvafiq ərizələr təqdim edib və baş nazir onları qəbul edib.
Yaxın bir neçə saat ərzində Nazirlər Kabinetinin yeni tərkibi açıqlanmalıdır.