...

İstanbulda Türkiyənin ən böyük universitet kitabxanası açılıb

Dünya xəbərləri Materials 12 Avqust 2022 23:55 (UTC +04:00)

Bakı. Trend:

Təhsil və bilik hər bir cəmiyyətin inkişafının açarı, İslamın tələblərindən biridir.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türkiyənin ən böyük universitet kitabxanasının açılış mərasimində çıxışı zamanı deyib.

Türkiyə dövlətinin başçısı bildirib ki, İstanbul Mədəniyyət Universitetinin 1 milyon çap edilmiş nəşr fonduna malik kitabxanası eyni vaxtda 3 minə qədər tələbəyə xidmət göstərmək üçün nəzərdə tutulub.

R.T.Ərdoğan Türkiyədə kitabxanaçılığın inkişafının vacibliyini vurğulayıb.

"Təkcə son iyirmi il ərzində Türkiyədə 57 mindən çox təhsil müəssisəsi kitabxanalarla təchiz edilib və onların fondunda olan nəşrlərin sayı üç dəfə artaraq 70 milyon nüsxəyə çatıb. İlin sonuna qədər bu rəqəm 100 milyona çatacaq", - deyə Türkiyə lideri bildirib.

Onun sözlərinə görə, növbəti böyük kitabxana tezliklə İstanbulun Rami rayonunda istifadəyə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti