...

Kanadada təyyarə qəzası baş verib

Dünya xəbərləri Materials 15 Avqust 2022 03:08 (UTC +04:00)
Kanadada təyyarə qəzası baş verib

Bakı. Trend:

Kanadanın Ontario əyalətində kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Trend-in məlumatına görə, insident əyalətin cənub hissəsində, Port Hope şəhərində, şəxsi uçuş zolağının yerləşdiyi yerdə baş verib.

Təyyarədə 74 yaşlı kişi və 72 yaşlı qadın olub, onlar yerindəcə keçiniblər.

Qəzanın səbəbləri müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti