...

Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracının həcmi azalıb

Dünya xəbərləri Materials 15 Avqust 2022 12:49 (UTC +04:00)
Türkiyədən Qırğızıstana elektrik avadanlıqları ixracının həcmi azalıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Türkiyə 2022-ci ilin yanvar-iyul aylarında Qırğızıstana elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 31,5 faiz azaldaraq 10,9 milyon dollara çatdırıb.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib bildirilib.

İyul ayında Türkiyə Qırğızıstana elektrik avadanlıqları ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 9,9 faiz artıraraq 1,4 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 8,4 milyard dollara bərabər olub.

Bu ilin iyul ayında Türkiyə 1 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2021-iyul 2022) Türkiyə 14,7 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti