...

Dövlət Departamenti ABŞ və Türkiyənin F-16 qırıcılarının tədarükü ilə bağlı danışıqları davam etdirdiyini təsdiqləyib

Dünya xəbərləri Materials 16 Avqust 2022 05:48 (UTC +04:00)
Dövlət Departamenti ABŞ və Türkiyənin F-16 qırıcılarının tədarükü ilə bağlı danışıqları davam etdirdiyini təsdiqləyib

Bakı. Trend:

ABŞ Dövlət Departamenti Vaşinqton və Ankaranın Türkiyəyə F-16 qırıcılarının tədarükü ilə bağlı danışıqlar apardığını bildirib, lakin Türkiyə hərbi heyətinin Vaşinqtona gəlişini təsdiqləməyib.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays məlumat verib.

"Türkiyə NATO üzrə mühüm müttəfiqdir, Türkiyə mühüm rol oynamalıdır. Biz birbaşa Türkiyə hökuməti ilə danışıqlar aparırıq. Biz də onlar kimi Türkiyəni NATO ilə, NATO-nun müasir hərbi texnikası ilə uyğunlaşdırmağa yönəlmişik. Bu söhbətlər davam edir", - deyə N.Prays bildirib.

Lakin o, Türkiyə nümayəndə heyətinin Vaşinqtona gəlişini təsdiqləməyib: "Bu söhbətlər mütəmadi olaraq aparılır, mən konkret nümayəndə heyətindən danışa bilmərəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti