...

Türkiyənin İsrailə səfiri ən qısa zamanda təyin olunacaq - Ərdoğan

Dünya xəbərləri Materials 18 Avqust 2022 00:29 (UTC +04:00)
Türkiyənin İsrailə səfiri ən qısa zamanda təyin olunacaq - Ərdoğan

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrailin Baş naziri Yair Lapid arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.

Məlumata əsasən, danışıq əsnasında Türkiyə-İsrail münasibətləri və regional məsələlər dəyərləndirilib.

Prezident Ərdoğan İsrail dövlətinin başçısı İsxak Hersoq və İsrailin Baş naziri Yair Lapidin Türkiyəyə səfərləri zamanı razılaşdırılmış çərçivədə Türkiyə-İsrail əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.

Qarşılıqlı olaraq elan edilən səfir təyinatı qərarına toxunan Prezident Ərdoğan, yeni səfirin təyin olunması üçün ən qısa zamanda lazımi addımları atacaqlarını bildirib.

Türkiyə Prezidenti ölkəsi ilə İsrail arasında əməkdaşlığın və dialoqun davamlı inkişafını dəstəklədiyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti