...

Yaponiyada avtomobil 7 uşağı əzib

Dünya xəbərləri Materials 19 Avqust 2022 08:08 (UTC +04:00)
Yaponiyada avtomobil 7 uşağı əzib

Bakı. Trend:

Yaponiyanın cənubunda avtomobil bir qrup uşaq bağçası şagirdinin üzərinə çırpılıb.

Trend-in məlumatına görə, hadisə Ginovan şəhərində (Okinava prefekturasının cənubunda) baş verib.

Hadisə nəticəsində azı 7 uşaq xəstəxanaya yerləşdirilib.

Hadisə yerində polis avtomobilin sürücüsünü saxlayıb - onun təxminən 20 yaşlı qadın olduğu üzə çıxıb.

Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti