...

Türkiyənin tikinti şirkətləri Ukraynanın bərpasında iştirak etməyə hazırdırlar

Dünya xəbərləri Materials 20 Avqust 2022 02:39 (UTC +04:00)
Türkiyənin tikinti şirkətləri Ukraynanın bərpasında iştirak etməyə hazırdırlar

Bakı. Trend:

Türkiyə Podratçılar Birliyinin (TPB) üzvləri Ukraynanın yenidən qurulması və bərpasında iştirak etməyə hazırdırlar.

Trend xəbər verir ki, bunu "Anadolu" agentliyinə TPB-nin sədri Erdal Eren deyib.

O, bir gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə Ukraynanın müharibə nəticəsində dağılmış infrastrukturunun bərpasına dair imzalanmış sazişi yüksək qiymətləndirib.

E.Eren bildirib ki, TPB bu prosesə qoşulmaq üçün Türkiyə Xarici İşlər Nazirliyi və Ticarət Nazirliyinə müraciət edib.

Onun sözlərinə görə, nazirliklərə müvafiq məktublar göndərilib, onlar Ukraynanın bərpası üzrə işçi qrupunda iştirak etməyə hazır olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti