Bakı. Trend:
Yunanıstan Sahil Mühafizəsi müxtəlif millətlərdən olan 36 qanunsuz miqrantı xilas edib. Onlar Egey dənizinin beynəlxalq sularında yarı batmış yelkənli gəmidə aşkar edilib.
Trend-in məlumatına görə, bu barədə "EPT1" telekanalı xəbər verib.
Məlumata görə, cümə günü axşam saatlarında Sahil Mühafizəsinin patrul kateri yelkənli qayığa yaxınlaşıb, gəmidə 36 əcnəbi - 11 azyaşlı (altı oğlan və beş qız), 11 qadın və 14 kişi olub. Xilas edilənlərin hamısı Monemvasia bələdiyyəsinin mərkəzinə aparılıb