...

Rusiyada məktəbdəki atışmada ölənlərin sayı 10-a çatıb (VİDEO) (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 26 Sentyabr 2022 12:19 (UTC +04:00)
Rusiyada məktəbdəki atışmada ölənlərin sayı 10-a çatıb (VİDEO) (ƏLAVƏ OLUNUB)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın İjevsk şəhərində məktəblərin birində baş vermiş atışma nəticəsində həlak olanların sayı artıb.

Trend-in məlumatına görə, bu dəqiqəyədək silahlı şəxs də daxil olmaqla, 10 nəfər həlak olub. Ölənlərdən 5 nəfərin şagird olduğu deyilir.

Yaralıların sayı 18 nəfər olub.

XXX
12:19

Rusiyanın İjevsk şəhərində məktəblərin birində baş vermiş atışma nəticəsində 6 nəfər həlak olub.

Trend-in məlumatına görə, 20 nəfər yaralanıb.

Polis silahlı şəxsin intihar etdiyini bildirib.

xxx

11:56

Rusiyanın Udmurtiya respublikasında məktəblərin birində naməlum şəxs odlu silahdan atəş açıb.

Trend-in məlumatına görə, hadisə respublikanın paytaxtı İjevsk şəhərində baş verib.

Hadisə yerinə çoxlu sayda polis və təcili yardım briqadaları cəlb olunub.

Hələlik, hər hansı bir fəsadlar barədə məlumat verilməsə də, şahidlər yaralıların olduğunu bildirib.

Silahlı şəxsin saxlanması ilə bağlı tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti