...

Rusiya-Gürcüstan sərhədində səyyar səfərbərlik məntəqəsi yaradılacaq

Dünya xəbərləri Materials 27 Sentyabr 2022 11:24 (UTC +04:00)
Rusiya-Gürcüstan sərhədində səyyar səfərbərlik məntəqəsi yaradılacaq
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Gürcüstanla sərhədində "Yuxarı Lars" sərhəd-keçid məntəqəsində səyyar səfərbərlik məntəqəsi yaradılacaq.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın Şimali Osetiya respublikasının Daxili İşlər Nazirliyi bildirib.

Eyni zamanda sərhəddən piyada keçidinə də icazə verildiyi bildirilib.

Qeyd edək ki, Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Rusiya-Gürcüstan sərhədində, xüsusilə "Yuxarı Lars" sərhəd-keçid məntəqəsində böyük izdiham yaşanır, Rusiya vətəndaşları kütləvi şəkildə ölkəni tərk etməyə çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti