Bakı. Trend:
Rusiyanı tərk etmək istəyən vətəndaşlara Gürcüstan sərhədində hərbi xidmətə çağırış vərəqələri verilir.
Trend-in məlumatına görə, bu barədə Rusiyanın Şimali Osetiya Respublikası rəhbərinin mətbuat xidməti bildirib.
Qeyd edək ki, bu gün Rusiya-Gürcüstan sərhədində səyyar çağırış məntəqəsinin açılacağı barədə məlumat verilmişdi.
Son günlərdə iki ölkə arasında sərhəddə "Yuxarı Lars" keçid məntəqəsində böyük izdiham yaranıb.