...

Fransada "TotalEnergies" şirkətinin əməkdaşları tətil keçirir

Dünya xəbərləri Materials 15 Oktyabr 2022 14:06 (UTC +04:00)
Fransada "TotalEnergies" şirkətinin əməkdaşları tətil keçirir
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın "TotalEnergies" neft şirkətinin əməkdaşları tətil keçirir.

Trend-in məlumatına görə, tətil bu gün şirkətin beş neft emalı zavodunda elan edilib.

Qeyd olunur ki, şirkətin əməkdaşları artan inflyasiya fonunda əməkhaqlarının 10 faiz artırılmasını tələb edir. Tətillər sentyabrın sonlarından etibarən fasilələrlə keçirilir.

Tətillə əlaqədar Fransa ərazisində yanacaqdoldurma məntəqələrinin əksəriyyətində çətinliklər yaşanır. Bəzi məntəqələrdə yalnız təcili yardım və digər xidmət avtomobillərinə yanacaq verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti