...

Tayfun Filippində 175 mindən çox insana ziyan vurub

Dünya xəbərləri Materials 19 Oktyabr 2022 09:05 (UTC +04:00)
Tayfun Filippində 175 mindən çox insana ziyan vurub

Bakı. Trend:

Filippinin ən böyük Luson adası yaxınlığından keçən “Nesat” tayfunundan 175,2 mindən çox insan zərər çəkib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şuranın hesabatında bildirilib.

Məlumata əsasən, 12 evakuasiya mərkəzində 1,68 min köçkün qalıb. 3,75 mindən çox insan evlərini əvvəlcədən tərk edib. Təbii fəlakətin təsiri nəticəsində 2 nəfər xəsarət alıb, ölən və itkin düşənlər barədə məlumat daxil olmayıb.

Tayfun 115 evə ziyan vurub, 51-ni isə tamamilə dağıdıb. 34 infrastruktur obyektinə dəyən ziyan 81,5 milyon peso (1,38 milyon dollar) dəyərində qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti