...

Ərdoğan və Böyük Britaniya kralı əməkdaşlığı müzakirə ediblər

Dünya xəbərləri Materials 25 Oktyabr 2022 23:28 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Böyük Britaniya kralı III Çarlz ilə telefon danışığı aparıb.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı Türkiyə Prezident Administasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.

Məlumata əsasən, telefon danışığı zamanı Türkiyə ilə Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərin vəziyyəti müzakirə edilib.

Türkiyə lideri iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqliyə, eləcə də bir çox sahələrdə sıx əməkdaşlığa əsaslanan münasibətlərin qarşıdakı dövrdə də inkişaf edəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı R.T.Ərdoğan Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Britaniya monarxına başsağlığı verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti