...

Almaniyada yük qatarları toqquşub

Dünya xəbərləri Materials 17 Noyabr 2022 17:12 (UTC +04:00)
Almaniyada yük qatarları toqquşub
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Aşağı Saksoniya federal torpağında propan qazı daşıyan qatarla digər yük qatarı toqquşub.

Trend cümə axşamı xəbər verir ki, qəza nəticəsində qatarların maşinistləri xəsarət alıb.

Toqquşma nəticəsində bir neçə vaqon relsdən çıxaraq aşıb, iki vaqondan propan qazı sızması qeydə alınıb.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Qeyd olunur ki, qəza ilə əlaqədar Almaniya dövlət dəmiryol şirkəti Berlin-Hannover marşrutu ilə qatar reyslərini müvəqqəti dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti