Bakı. Trend:
Qazaxıstan Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən prezident seçkilərində aralıq səsvermənin statistikasını açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə Komissiya sədri Şavkat Utemisov deyib.
"Vilayət, respublika əhəmiyyətli şəhər, paytaxt komissiyalarının 20 noyabr 2022-ci il saat 10:05 üçün teqdim etdiyi məlumata görə, siyahılara daxil edilmiş vətəndaşların ümumi sayının 23,37 faizi seçki bülletenlərini alıb".
Qeyd edək ki, bu gün Qazaxıstan üzrə 10 101, xaricdə isə 68 seçki məntəqəsində səsvermə keçirilir. 2022-ci il iyulun 1-nə olan məlumata görə, seçicilər siyahısına 11 827 277 Qazaxıstan vətəndaşı daxil edilib.
İki qadın və dörd kişi olmaqla altı namizəd prezidentliyə namizəd kimi qeydiyyatdan keçib.