...

Qazaxıstanda prezident seçkilərində seçici fəallığı 38,55 % təşkil edib

Dünya xəbərləri Materials 20 Noyabr 2022 11:16 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstan Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən prezident seçkilərində aralıq səsvermənin statistikasını açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə Komissiya sədri Şavkat Utemisov deyib.

"Vilayət, respublika əhəmiyyətli şəhər, paytaxt komissiyalarının 20 noyabr 2022-ci il saat 12:05 üçün təqdim etdiyi məlumata görə, siyahılara daxil edilmiş vətəndaşların ümumi sayının 38,55 % seçki bülletenlərini alıb".

Qeyd edək ki, bu gün Qazaxıstan üzrə 10 101, xaricdə isə 68 seçki məntəqəsində səsvermə keçirilir. 2022-ci il iyulun 1-nə olan məlumata görə, seçicilər siyahısına 11 827 277 Qazaxıstan vətəndaşı daxil edilib.

İki qadın və dörd kişi olmaqla altı namizəd prezidentliyə namizəd kimi qeydiyyatdan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti