...

Hindistanda qatar gözləmə zalına girib, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 21 Noyabr 2022 10:33 (UTC +04:00)
Hindistanda qatar gözləmə zalına girib, ölənlər və yaralananlar var
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın şərqindəki Odişa ştatında qatar qəzası baş verib.

Trend-in məlumatına görə, səhər saatlarında baş vermiş qəza nəticəsində azı 3 nəfər həlak olub, iki nəfər ağır xəsarətlər alıb.

Qeyd olunur ki, Cacpur şəhərində yük qatarı stansiyaya daxil olarkən, səkkiz vaqon relsdən çıxıb və çoxlu sayda sərnişinin olduğu gözləmə zalına girib.

İnsidentlə əlaqədar dəmir yolunun həmin hissəsində hərəkət dayandırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti