...

NASA “Orion” kosmik gəmisinin Aya uğurlu uçuşunu açıqlayıb

Dünya xəbərləri Materials 22 Noyabr 2022 05:26 (UTC +04:00)
NASA “Orion” kosmik gəmisinin Aya uğurlu uçuşunu açıqlayıb

Bakı. Trend:

"Artemis" Ay proqramının birinci mərhələsində Aya buraxılan "Orion" kosmik gəmisinin uçuşu insidentsiz və plana uyğun olaraq davam edir.

Trend-in məlumatına görə, bu barədə NASA-nın Ay proqramının birinci mərhələsinin rəhbəri Qovard Hu deyib.

"Orion" ümumilikdə yaxşı nəticələr göstərir. Hərəkət sistemi əla işləyir. Günəş panelləri gözləniləndən daha çox elektrik enerjisi istehsal edir, lakin gəmi ondan daha az istifadə edir", - deyə o bildirib.

Q.Hu həmçinin qeyd edib ki, kosmik gəmi buraxılış zamanı fiziki cəhətdən zədələnməyib və missiyanı başa vurduqdan sonra uğurla Yerə qayıda bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti