...

Mərmərə dənizində iki yük gəmisi toqquşub

Dünya xəbərləri Materials 3 Dekabr 2022 00:25 (UTC +04:00)
Mərmərə dənizində iki yük gəmisi toqquşub

Bakı. Trend:

Türkiyəyə məxsus iki yük gəmisi Mərmərə dənizində Bosfot boğazı çıxışı yaxınlığında toqquşub.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Sahilə Mühafizəsi İdarəsindən bildirilib.

Məlumata əsasən, hadisə Ahırkapı lövbər dayanacağı yaxınlığında baş verib. 147 metrlik "Turan" konteyner gəmisi 126 metrlik "Burhan Düzman" quru yük gəmisi ilə toqquşub.

Bildirilib ki, quru yük gəmiləri Axırkapı lövbər dayanacağına təhlükəsiz şəkildə yanaşdırılaraq bağlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti