...

Almaniya 35 ədəd F-35 qırıcısının alınması üçün 10,5 milyard dollar ayıracaq

Dünya xəbərləri Materials 5 Dekabr 2022 06:14 (UTC +04:00)

Bakı. Trend:

Almaniya ABŞ-ın 35 ədəd beşinci nəsil "F-35" qırıcılarının alınması üçün 10 milyard avro (10,5 milyard dollar) ayıracaq.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.

Bildirilib ki, tədarüklər 2026-2029-cu illər üçün nəzərdə tutulub, bunun üçün Almaniya Silahlı Qüvvələrinin gücləndirilməsi üçün xüsusi fonddan 100 milyard avro məbləğində vəsait ayrılacaq.

Agentliyin məlumatına görə, Berlin həmçinin “hava-yer” raketləri və yerüstü infrastrukturu da alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti