...

Google Hindistanda dezinformasiya əleyhinə layihəyə başlayır

Dünya xəbərləri Materials 6 Dekabr 2022 21:00 (UTC +04:00)
Google Hindistanda dezinformasiya əleyhinə layihəyə başlayır

Trend-i buradan izləyin

Bakı. Trend:

Amerikanın Google texnologiya korporasiyası Hindistanda icmalararası nifrəti artıran dezinformasiya ilə mübarizəyə yönəlmiş layihəyə başlayır.

Trend xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.

Bu məqsədlə Google-un törəmə şirkəti "Jigsaw", Alfred Landeker Fondu, Omidya Network India xeyriyyə investisiya şirkəti və bir sıra regional tərəfdaşlarla birlikdə artıq üç dildə - benqal, hind və marathi dillərində beş qısa video-çarx çəkib. Bu video-çarxlar bir milyardadək auditoriyaya hesablanıb.

Onlara baxdıqdan sonra izləyicilərdən təsadüfi qaydada dezinformasiya haqqında əldə edilmiş yeni bilikləri yoxlamaq üçün hazırlanmış qısa, çoxseçimli sorğu anketini doldurmaları xahiş olunacaq. "Jigsaw"un top meneceri Bet Qoldmanın fikrincə, bu cür xəbərdarlıqlar "insanlara aldadıcı arqumentləri müəyyən etmək və təkzib etmək üçün yeni imkanlar verəcək".

Bundan əvvəl Google oxşar eksperimenti Polşa, Slovakiya və Çexiyada aparmışdı. Layihənin Hindistanda nəticələrinin 2023-cü ilin yayında dərc olunması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti