Bakı. Trend:
Türkiyə mülki aviasiya sahəsində dünyanın ən böyük uçuş şəbəkəsinə malik ölkə olub.
Trend xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlu 7 Dekabr Beynəlxalq Mülki Aviasiya Günü münasibətilə AA müxbirinə deyib.
Dünyanın tranzit mərkəzi olma potensialı olan Türkiyədə bu üstünlüyünü istifadə etmək üçün 2002-ci ildən bəri aviasiya siyasəti çərçivəsində təsirli işlər apardıqlarını ifadə edən Karaismailoğlu aviasiyaya edilən investisiyalar və bu sahədəki qaydalar sayəsində Türkiyənin dünya ortalamasının üzərində bir böyümə performansı göstərdiyini ifadə edib.
"20 il ərzində aviasiya siyasətində həyata keçirilən səmərəli, aktiv və planlı investisiyalarla Avrasiyada aparıcı rol aldıq. Müqavilələr və danışıqlar nəticəsində 60 beynəlxalq uçuş istiqamətlərinin sayına 282 yeni istiqamət əlavə etdik. 2022-ci ilin noyabr ayından etibarən 130 ölkədə uçuş şəbəkəmizi genişləndirəcəyik. 2003-cü ildə 50 istiqamətdə fəaliyyət göstərirdik, onu 342 istiqamətə çatdırdıq. Türk mülki aviasiyasını dünyanın ən böyük uçuş şəbəkəsinə malik ölkəyə çevirdik", - deyə nazir qeyd edib.
Karaismailoğlu bu dövrdə hava limanlarının sayını 26-dan 57-yə çatdırdıqlarını, başda İstanbul, Rize-Artvin, Yeni Tokat, Ordu-Giresun hava limanları olmaqla bir çox hava limanını vətəndaşların xidmətinə təqdim etdiklərini xatırladıb.