...

ABŞ nümayəndə heyəti dekabrda Çin, Cənubi Koreya və Yaponiyaya səfər edəcək

Dünya xəbərləri Materials 11 Dekabr 2022 05:54 (UTC +04:00)
ABŞ nümayəndə heyəti dekabrda Çin, Cənubi Koreya və Yaponiyaya səfər edəcək

Bakı. Trend:

ABŞ Dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink və ABŞ Milli Təhlükəsizlik Şurasının Çin məsələləri üzrə baş direktoru Laura Rozenberqer ikitərəfli məsələləri və əməkdaşlığı müzakirə etmək üçün dekabrın 11-dən 14-dək Çin, Cənubi Koreya və Yaponiyaya səfər edəcəklər.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti bildirib.

"Kritenbrink və Rozenberqer dekabrın 11-dən 14-dək Çin, Cənubi Koreya və Yaponiyaya səfər edəcəklər. Çinə səfərləri zamanı onlar ölkələrimiz arasında rəqabətin məsuliyyətli tənzimlənməsi üzərində fəaliyyəti davam edəcək və əməkdaşlığın potensial sahələrini araşdıracaqlar", - deyə qeyd olunub.

Bundan əlavə, ABŞ administrasiyasının rəsmiləri Dövlət Departamentinin katibi Entoni Blinkenin 2023-cü ilə planlaşdırılan Çin səfərinə hazırlıqlara başlayacaqlar.

"Cənubi Koreya və Yaponiyada onlar bir sıra regional və ikitərəfli məsələlər üzrə məsləhətləşmələrə yekun vuracaqlar", - deyə əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti