...

ABŞ vətəndaşlarının əksəriyyəti Baydenin yenidən prezident seçilməsinə qarşıdır - Sorğu

Dünya xəbərləri Materials 12 Dekabr 2022 07:01 (UTC +04:00)

Bakı. Trend:

ABŞ vətəndaşlarının əksəriyyəti hazırkı prezidenti Co Baydenin 2024-cü ildə keçiriləcək seçkilərdə ikinci müddətə namizədliyini irəli sürməsini istəmir.

Trend xəbər verir ki, bu barədə "CNBC" telekanalının keçirdiyi sorğunun nəticələrində deyilir.

Nəticələrə əsasən, respondentlərin 70 faizi C.Baydenin ikinci müddətə namizəd olmasını istəmir. Əsas səbəblər arasında onun yaşı qeyd edilir.

Eyni zamanda, respondentlərin 19 faizi hazırkı prezidenti dəstəkləməyə hazırdır.

Bundan əlavə, respondentlərin 61 faizi keçmiş prezident Donald Trampın yenidən prezident seçilməsinə qarşı çıxıb. Eyni zamanda, sorğuda iştirak edənlərin30 faizi onun namizədliyini irəli sürməli olduğuna inanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti