...

Qazaxıstanda inflyasiya son 14 ildə tarixi maksimuma çatıb - Tokayev

Dünya xəbərləri Materials 12 Dekabr 2022 13:44 (UTC +04:00)

Bakı. Trend:

Noyabr ayında Qazaxıstanda inflyasiya illik ifadədə 19,6 faiz artaraq son 14 ildə tarixi maksimuma çatıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

“Bu ilin 11 ayı ərzində iqtisadi artım 4,6%-dən 2,7%-ə düşüb. İnflyasiya son 14 ildə tarixi maksimuma çatıb və 19,6% təşkil edib. Təbii ki, belə vəziyyət ən çox əhalinin həyat səviyyəsinə və gəlirlərinə mənfi təsir göstərir”, - deyə Tokayev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti